Artıq yavaş-yavaş səhhətim yaxşılaşır.Bunu APA-ya açıqlamasında bir neçə gün öncə səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova deyib.Xalq artisti səhhəti üçün narahatlıq keçirən hər kəsə minnətdar olduğunu deyib:"İnanıram ki, tezliklə ayağa qalxacağam".Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, daha sonra Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya – Mərkəzi Gömrük Hospitalına gətirilib və hazırda orada müalicəsi davam etdirilir.